Region
Türkiyədən SƏRT GEDİŞ: "Telegram" da bloklana bilər
Türkiyə narkotik satışı və qumar oyunlarının təşviqi üçün müəyyən edilmiş kanallara görə "Telegram"a girişi bloklaya bilər.
Publika.az xəbər verir ki, bu barədə “Sabah” məlumat yayıb.
"Türkiyədə geniş istifadə olunan mesajlaşma proqramı olan "Telegram" cinayət bataqlığına çevrilib", - məlumatda deyilir.
Nəşr yazır ki, messencer bu xəbərdarlığı onun vasitəsilə Türkiyədə narkotik vasitələrin satışı, fahişəlik və qumar oyunlarının təbliği, həmçinin pedofiliya ilə bağlı videoların yayılması səbəbindən alıb.
Bundan əvvəl "Instagram" Türkiyədə müvəqqəti olaraq bloklanıb. Qərar sosial şəbəkənin HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətli ilə bağlı başsağlığı mesajlarının bloklanmasından sonra qəbul edilib. Bir həftə sonra "Meta" ilə aparılan danışıqlardan sonra sosial şəbəkəyə giriş bərpa edilib.
Hüseyn İbadlı
-
ABŞ09:40
Bütün dünya Trampın tariflərinə hazırlaşır: görün hansı təhdidlər olacaq
-
İKT09:00
Məşhur bloqer "TikTok"u almaq istəyir
-
Səhiyyə08:48
Nazirlikdə “Volqa” yeyintisi - FOTO
-
Magazin208:00
Məşhur aktrisa ekranlara qayıtdı - VİDEO
-
Sosial07:17
Bu rayonlara qar yağacaq - PROQNOZ
-
Magazin106:46
“Bazar arvadından fərqlənməyən kişilərin…” - FOTO
-
Avropa04:44
Yeni hərbi yardım paketi - Almaniya Ukraynaya görün nələr verdi
-
MDB02:42
Gölün dibində quraşdırılan heykəl qalmaqala səbəb oldu