Ermənistan Putinlə bağlı bu sənədi imzalamaqdan İMTİNA ETDİ
Bizi izləyin

Region

Ermənistan Putinlə bağlı bu sənədi imzalamaqdan İMTİNA ETDİ

Ermənistan Avropa Şurasının sentyabrın 5-də qəbul etdiyi, iştirakçıların Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Rusiya prezidenti Vladimir Putinin həbsinə order verilməsini dəstəklədiyi bəyannaməsini imzalamayıb.

Publika.az xəbər verir ki, bu barədə “Armenpress” agentliyinə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

Bəyannamənin ilk variantının dərc edildiyi gün Ermənistan və Gürcüstan da daxil olmaqla, 43 ölkə imzalayan dövlətlər siyahısına daxil edilib. Sentyabrın 7-də sənədin yekun variantı Avropa Şurasının saytında dərc olunub və onu imzalayan 42 ölkə arasında Ermənistan olmayıb. Bəyannamədə xüsusilə qeyd olunur ki, iştirakçılar BCM-in istintaqını və Ukraynaya qarşı cinayətlərlə bağlı xüsusi tribunalın yaradılmasını nəzərə alırlar.

Ermənistan 1999-cu ildə Roma Statutunu imzalasa da, onu ratifikasiya etməyib. BCM-nin İstintaq Palatası Vladimir Putinin həbsinə order verib. Roma Statutunu ratifikasiya etmiş dövlətlər qərarı icra etməyə borcludurlar. 2024-cü il fevralın 1-də Ermənistan BCM-nin üzvü olub. Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə kimin həbs olunmasına görə məsuliyyət daşımadığını bildirib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm