Qarabağdan İrəvana qaçan daha bir separatçının avtomobili müsadirə edildi: Oğurluqdur
Bizi izləyin

Region

Qarabağdan İrəvana qaçan daha bir separatçının avtomobili müsadirə edildi: Oğurluqdur

Ermənistanın hüquq-mühafizə orqanları Qarabağdan İrəvana qaçana separatçı, Xankəndinin qondarma “meri” David Sarkisyanın avtomobilini müsadirə edib.

Publika.az xəbər verir ki, bu barədə erməni mətbuatına vəkil Roman Yeritsyan məlumat verib.

"Maşın David Sarkisyanın iştirak etdiyi eyni proses çərçivəsində müsadirə edilib. Verilən izahatda göstərilib ki, avtomobil qanunsuz əldə edilmiş əmlak kimi müsadirə olunub", - Yeritsyan bildirib.

Xatırladaq ki, David Sarkisyan mayın 27-də 20 sutka müddətinə həbs edilib. Təhlükəsizlik qüvvələri onun evində axtarış aparıb, bundan sonra o və daha 3 nəfər dələduzluqda və 4 avtomobil oğurluğunda ittiham olunub.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm