Tehrandan Rusiya-Ukrayna münaqişəsi ilə bağlı AÇIQLAMA: "Avropa gözləməməlidir ki..."
Bizi izləyin

Region

Tehrandan Rusiya-Ukrayna münaqişəsi ilə bağlı AÇIQLAMA: "Avropa gözləməməlidir ki..."

"Rusiya-Ukrayna münaqişəsi Tehran və Brüssel arasında münasibətlərin inkişafını çətinləşdirib".

Publika.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi deyib.

"Ukrayna məsələsi bizim Avropa ilə münasibətlərimizi çətinləşdirib. Ukraynada baş verənlər, avropalıların Rusiyadan gələn təhlükə qarşısında hiss etdikləri hisslər İranla münasibətlərdə problemlər və yeni çətinliklər yaradıb", - o vurğulayıb.

İran Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Avropa Tehranın regionda təhlükəsizliklə bağlı narahatlıqlarla “sığdırılacağını” gözləməməlidir.

Əraqçi qeyd edib ki, İran və Avropa ölkələri arasında bir-birinə hörmət əsasında danışıqların aparılması Brüssel və Tehran arasındakı fikir ayrılıqlarını aradan qaldıra biləcək, həmçinin İran və Aİ-nin “narahatlıqlarını” müzakirə etməyə kömək edəcək.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm