Ərdoğandan Narinlə bağlı AÇIQLAMA
Bizi izləyin

Region

Ərdoğandan Narinlə bağlı AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbəkirin Bağlar rayonunda bu səhər cəsədi tapılan 8 yaşlı Narin Güranla bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, bu barədə Ərdoğan “X” hesabında paylaşım edib.

“Vəhşicəsinə qətlə yetirilən Narinin acı xəbəri hamımızı dərindən yaraladı. Kədərimizin həddi-hüdudu yoxdur. Narinin itkin düşməsi barədə məlumat alınandan sonra təhlükəsizlik qüvvələri onu sağ tapmaq üçün çox ciddi səylər göstəriblər. 19 gün davam edən axtarışlar nəticəsində təəssüf ki, ürəklərimizə su səpən bir xəbər ala bilmədik. Narinin qatilləri ədalət qarşısında mütləq cavab verəcək. Narin övladımızı bizdən qoparanların layiq olduqları ən ağır cəzanı almaları üçün məhkəmə prosesinin şəxsən izləyicisi olacağımı bildirmək istəyirəm”, - Ərdoğan bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm