Region
Ermənistan Hindistandan silah daşıyır: Azərbaycan bunun qarşısını necə ala bilər?
Ermənistan Hindistandan daha çox artilleriya qurğusu ala bilər.
Publika.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bunu Hindistanın Müdafiə Tədqiqatları və Təhlil İnstitutunun baş direktoru Sujan Çinoy deyib.
Söhbət İrəvanın 2023-cü ildə Dehlidən 155 milyon dollar dəyərində qabaqcıl yedəkli artilleriya sistemləri (ATAGS) almasından gedir. Ekspert bunu hərbi əməkdaşlığın daha da davam etdirilməsi üçün yaxşı yardım hesab edir.
“Ermənistan tərəfi bu qurğuların yarısını alıb və razıdır”, - deyə Çinoy bildirib.
O, həmçinin Ermənistan və Hindistan arasında sıx hərbi əməkdaşlığın detallarını açıqlayıb. Buraya "Pinaka" çoxbarrelli raket buraxılış qurğularının və ya "Swathi" radar sistemlərinin alınması, həmçinin hərbi texnologiyalar sahəsində startapların inkişafı daxildir.
Çinoy qeyd edib ki, Ermənistan təxminən 250 milyon dollar dəyərində olan “Pinaka” raket buraxılış sistemlərinə maraq göstərir.
Xatırladaq ki, 2024-cü ildə Ermənistan və Hindistan iki ölkənin Müdafiə nazirlikləri arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Planı imzalayıb. Bu görüş iki ölkənin müdafiə nazirlikləri arasında “ilk rəsmi məsləhətləşmə görüşü” olub.
Daha əvvəl politoloq Niyazi Niyazov bildirib ki, Azərbaycanın BRİKS-ə daxil olması bu gün Ermənistana fəal hərbi-texniki yardım göstərən Hindistanla münasibətlərin yaxşılaşdırılması üçün mümkün platformanın yaradılmasına kömək edə bilər.
Adəm Abbaslı
-
Nəqliyyat18:35
Metroda qatarlar gecikdi - SƏBƏB
-
Sosial17:43
Arutyunyan və Babayanın həbs müddəti uzadıldı
-
Sosial17:16
Bu icra başçıları çətin durumda - Qanunsuz sənədlər aşkarlandı
-
İdman16:47
Olimpiadaya getmək istəyən cazibədar idmançı: Görün hansı yolla pul qazanır - FOTOLAR
-
Dünya16:09
İran prezidentindən İsrailə xəbərdarlıq: Dayandırın!
-
Rəsmi xronika15:30
İlham Əliyev sərəncam imzaladı
-
MDB14:42
Tezliklə Ərdoğanla görüşəcəm - Putin özü dedi
-
Sosial14:20
“Rahat Market”in işçiləri tüstüdən zəhərləndi