Region
Qərb Paşinyana xəbərdarlıq etdi: Komanda üzvlərin sürətlə varlanıb - Kimi qurban verəcək?
Ermənistanın baş naziri Paşinyanın kadrlarının sürətlə varlanması Qərbin diqqətini çəkib.
Publika.az xəbər verir ki, erməni mətbuatının məlumatına görə, Nikol Paşinyanın qərb sponsorları komanda yoldaşlarının varlanmasının qanuniliyini yoxlamağın vaxtı çatdığını açıq şəkildə bildiriblər. Keçmiş iqtidarın üzvlərinə və müxalifət xadimlərinə qarşı iqtidarın göstərişi ilə onlarla qanunsuz əmlak işi açıldığı halda, məlum olur ki, Qərb strukturları da hazırkı məmurların əmlakları, vəsaitləri, xaricdə satın alınan evləri və yatırılan pullarla bağlı kifayət qədər ciddi araşdırmalar aparılmasını tələb ediblər.
Müxtəlif məmurların korrupsiya əməliyyatları ilə bağlı dosyeləri var, onlardan bəziləri son illərdə mütəmadi olaraq medianın diqqətində olub, lakin ER hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma obyekti olmayıb.
Ona görə də Paşinyanın korrupsiyaya qarşı mübarizə apardığını sübut etmək üçün öz komandasının bir hissəsini qurban verməyə başlayacağı istisna edilmir.
Tural
-
Dünya01:55
Ukrayna Rusiyanın 400 "Şahed" PUA-sını saxladığı bazaya hücum etdi
-
Hadisə01:35
Qəzada ölən polis zabitinin FOTOSU
-
Qoroskop00:35
Günün qoroskopu: gözəl fürsətlər yaranacaq
-
Hadisə9 Oktyabr 22:44
Azərbaycanda polis zabiti faciəli şəkildə öldü
-
Dünya9 Oktyabr 22:32
“İrana cavabımız ölümcül olacaq” - İsrail
-
Magazin19 Oktyabr 20:35
Azərbaycanlı aktyorun toyundan görüntülər - VİDEO
-
Nəqliyyat9 Oktyabr 20:15
Taksilərlə bağlı yeni QADAĞA: Bu maşınların istifadəsi dayandırıldı
-
Hadisə9 Oktyabr 19:55
Bakıda intihar edən şəxs müəllim imiş - FOTO