Region
ABŞ-ın hərəkətləri ölkəyə hücumdur – Spiker
ABŞ-ın Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmilərinə qarşı sanksiyalar tətbiq etməsi ölkəyə hücumdur.
Publika.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
Papuaşvili vurğulayıb ki, istənilən dövlətdə polis məmuru dövlətin nümayəndəsidir və buna görə də polisə hər hansı hücum ölkəyə qarşı təcavüzdür.
O bildirib ki, Gürcüstanın təhlükəsizlik qüvvələri və hakimiyyət orqanlarına qarşı sanksiyaların ləğvi ABŞ-la münasibətlərin bərpası üçün şərtlərdən biridir.
Qeyd edək ki, sentyabrın 16-da Birləşmiş Ştatlar ölkədə demokratiyanın sarsıdılmasında və insan haqlarının pozulmasında əli olduğuna inandıqları 64 Gürcüstan vətəndaşı və dövlət məmuruna qarşı sanksiya tətbiq edib.
Dövlət Departamenti Vaşinqtonun respublika hakimiyyətinin anti-demokratik hərəkətlərindən narahat olduğunu və yeni sanksiyaları nəzərdən keçirməyə davam edəcəyini vurğulayıb.
Gürcüstanın baş naziri İrakli Kobaxidze buna cavab olaraq xəbərdarlıq edib ki, ABŞ növbəti sanksiyalar tətbiq edərsə, Tbilisi Vaşinqtonla münasibətlərinə yenidən baxmalı olacaq.
Adəm Abbaslı
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?