Qonşuda vəziyyət gərgindir: Müxalifət iğtişaş planlaşdırır
Bizi izləyin

Region

Qonşuda vəziyyət gərgindir: Müxalifət iğtişaş planlaşdırır

Gürcüstanda müxalifət partiyalarının nümayəndələri ölkədə oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra iğtişaşlar törətməyə hazırlaşır.

Publika.az TASS-a istinadən xəbər verir ki, bunu hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.

Onun sözlərinə görə, müxalifət seçkinin nəticələrini tanımaq niyyətində deyil.

“Onlar hər cür cəfəngiyatla çıxış edəcəklər, ən azı gərginlik yaratmağa, iğtişaşlar törətməyə çalışacaqlar. Çalışacaqlar ki, qeyri-qanuni addımlar atsınlar, görsünlər ki, dövlət necə davranır”, - deyə siyasətçi bildirib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm