Rusiya ordusu bazara girdi: mülki insanları və uşaqları öldürdü
Bizi izləyin

MDB

Rusiya ordusu bazara girdi: mülki insanları və uşaqları öldürdü

Rusiya hərbçiləri Ukraynanın Xerson şəhərinin mərkəzindəki bazara hücum edib. Nəticədə çoxlu sayda insan həlak olub və yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə Xerson vilayəti administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib. Bu məlumatı Ukrayna KİV-i də təsdiqləyib.

Rəsminin sözlərinə görə, ruslar rayonun mərkəzi hissəsində yerləşən bazara hücum ediblər.

Xerson vilayət prokurorluğu da təsdiqləyib ki, bu gün, oktyabrın 1-də yerli vaxtla saat 9:00 radələrində rus qoşunları Xersona hücum edib.

Atəş yerli bazar və ictimai nəqliyyat dayanacağı yaxınlığında baş verib.

“Hazırda atəş nəticəsində yeddi mülki şəxsin - üç qadın və dörd kişinin həlak olduğu məlumdur. Üç vətəndaş da yaralanıb, onlara tibbi yardım göstərilir”, - deyə məlumatda bildirilir.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm