Haaland dünyanın ən bahalı futbolçusu oldu
Bizi izləyin

İdman

Haaland dünyanın ən bahalı futbolçusu oldu

Nüfuzlu "Transfermarkt" portalı İngiltərə Premyer Liqası futbolçularının bazar qiymətlərini yeniləyib.

Publika.az xəbər verir ki, "Mançester Siti"nin hücumçusu Erlinq Haalandın dəyəri artıb. Norveçli forvard hazırda 200 milyon avro dəyərində qiymətləndirilir. Bu onu planetin ən bahalı futbolçusu edir.

Haalandın ən yaxın təqibçiləri - Kilian Mbappe, Cud Bellingem və Vinisius Junior (hamısı "Real") - 180 milyon avro dəyərində qiymətləndirilir.

Qeyd edək ki, bu mövsüm Haaland bütün turnirlərdə 7 matçda iştirak edib və 10 qol vurub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm