“Miss Türkiyə”nin qalibi xərçəng xəstəliyi ilə bağlı Vaşinqtona yollandı
Bizi izləyin

Magazin2

“Miss Türkiyə”nin qalibi xərçəng xəstəliyi ilə bağlı Vaşinqtona yollandı

“Miss Türkiyə 2024” gözəllik yarışmasının qalibi İdil Bilge bir müəddət əvvəl Bingölün Yayladərə mahalına həkim təyin olunsa da, hələ də vəzifəsinə başlamayıb.

Publika.az xəbər verir ki, sentyabrın 9-da Yayladərəyə təyin olunan və 15 gün ərzində İl Sağlamlıq Müdirliyinə müraciət etməli olan İdilin müraciət müddəti artıq bitib.

Bilgenin bu müddət ərzində müraciət etmədiyi və vəzifəsinə başlamaq üçün iki ay ərzində İl Sağlamlıq Müdirliyinə izahat ərizəsi verə biləcəyi qeyd olunub.

Bildirilib ki, o, göstərilən müddətdə izahat ərizəsi təqdim etməsə, hər 6 aydan bir keçirilən növbəti “Dövlət Qulluğu Öhdəliyi”nə müraciət edə bilər.

Məlum olub ki, İdil ABŞ-ın paytaxtı Vaşinqtondadır. O, sosial media hesabındakı paylaşımla ABŞ Radiasiya Onkologiyası Dərnəyinin (ASTRO) ASTRO 2024 toplantısına qatıldığını açıqlayıb.

"Xərçəng xəstəliyi ilə bağlı araşdırmalarım var. Onsuz da xərçəng üzrə ixtisaslaşmaq istəyirəm. Ona görə də ölkəmdə bu platformada özümü uğurla təmsil edə biləcəyimi düşündüyüm üçün müraciət etdim. Bu, əslində xaricdə çox hörmətli bir platformadır", - İdil bildirib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm