Rus kişi İstanbul metrosunda elə foto çəkdi ki...
Bizi izləyin

Region

Rus kişi İstanbul metrosunda elə foto çəkdi ki...

İstanbulda şəxsi həyatının sirrini pozduğu üçün saxlanılan rusiyalının Türkiyədən deportasiyasına qərar verilib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti2 Rusiya Federasiyasının İstanbuldakı Baş Konsulluğuna istinadla məlumat yayıb.

Bir kişi metroda gözləri bağlı qadını əks etdirən fotoşəkil çəkib. O, hüquq-mühafizə orqanlarına ərizə yazıb. Rus həbs edilib. Məsələ Baş Konsulluğun nəzarətindədi. Diplomatlar Rusiya vətəndaşının ailəsi və yerli hakimiyyət orqanları ilə əlaqə saxladıqlarını və lazımi köməklik göstərdiklərini vurğulayıblar.

Rusiyalının Türkiyədən çıxarılması ilə bağlı qərar məhkəmə iclasından sonra verilib.

Diplomatik nümayəndəlikdən əlavə ediblər ki, noyabrın 2-də həmin şəxs Rusiya Federasiyasına uçub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm