Region
Türkiyə XİN Sudandakı vəziyyətlə bağlı bəyanat yaydı
Türkiyənin Xarici İşlər Nazirliyi Sudanda baş verən siyasi gərginlik və bundan yaranan humanitar böhranla bağlı bəyanat yayıb.
Publika.az xəbər verir ki, nazirlik bəyanatında Türkiyənin Sudandakı humanitar vəziyyət və Əl-Cəzirə əyalətində mülki əhalini hədəf alan, humanitar hüquqa zidd hücumlardan dərin narahatlıq keçirdiyini vurğulayıb.
Bildirilib ki, atəşkəs təxirə salınmadan təmin edilməli, sülh və sabitlik mühiti yaradılmalıdır. Bəyanatda yerindən didərgin edilmiş insanların evlərinə qayıtması və humanitar yardım fəaliyyətlərinin dayanmadan həyata keçirilməsi istiqamətində tədbirlərin dərhal görülməsi üçün çağırış edilib.
Mətndə qeyd olunub ki, Türkiyə Sudanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və birliyini ən güclü şəkildə dəstəkləyir, eləcə də Sudan xalqının çəkdiyi əziyyətin yüngülləşdirilməsi üçün zəruri humanitar yardımlarını davam etdirəcək.
-
Dünya17:30Əsəd rejiminin son günlərinə dair şok faktlar - Sevgilisinin ölüm əmrini kim verib?
-
Rəsmi xronika16:55Prezident Tahir Budaqovu icra başçısı təyin etdi
-
Magazin115:59Aybəniz Haşımovaya yeni vəzifə verildi
-
Nida Xəbər 15:38Azərbaycan İranla sərhədi açır?
-
MDB15:01Putini əvəz edəcək adam axtarılır: Rusiya elitası qorxu içində
-
Nida Xəbər 14:49Əliyevlə Paşinyan bu tarixdə Vaşinqtona gedəcək - İDDİA
-
Region13:42Türkiyədə bu körpə qidası qadağan edildi: Tərkibində zəhərli maddə var - Azərbaycanda da satılır
-
Art12:08Rusların Türkiyə seriallarına sevgisi durmadan artır: Səbəbi açıqlandı








































