Region
Ərdoğan: "Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır"
Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır.
Publika.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Corciya Meloni ilə telefon danışığında deyib.
Türkiyə lideri telefon danışığı zamanı bildirib ki, vaxt itirmədən Suriyanın bərpası üçün hərəkətə keçmək lazımdır.
Ərdoğan İtaliyanı Suriyaya qarşı məhdudiyyətlərin aradan qaldırılmasına rəhbərlik etməyə çağırıb.
Tərəflər, ikitərəfli məsələlər barədə də danışıblar. Türkiyə lideri qarşılıqlı ticarət həcminin arta biləcəyinə inamını ifadə edib. O, müdafiə sənayesi və enerji başda olmaqla, bir çox sahədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu vurğulayıb.
-
Magazin105:15
Tolik MTV-dən görün hansı kanala gedib - "Böyük tarixçəsi olan..."
-
ABŞ04:14
Los-Ancelesdəki yanğından xilas edilən nəhəng tısbağa - VİDEO
-
ABŞ03:13
Bayden Cimmi Karterlə vidalaşarkən yuxuya getdi
-
Sosial02:44
Bakıda şadlıq sarayı bir gündə yararsız hala düşdü - VİDEO
-
Dünya00:30
Daha bir DƏHŞƏTLİ AVİAQƏZA: təyyarə çimərlikdə partladı - ANBAAN VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Problemlərdən dərs çıxarın
-
Kriminal00:00
Şamaxıda QƏTL: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir"
-
Magazin19 Yanvar 23:12
Dilarənin Elşənin verilişində qorxduğu anlar yayımlanacaq