ABŞ
Bayden Cimmi Karterlə vidalaşarkən yuxuya getdi
ABŞ-ın 39-cu prezidenti Cimmi Karterlə vida mərasimi zamanı hazırkı dövlət başçısı Co Bayden yatarkən görüntülənib.
Publika.az xəbər verir ki, bu anı "Fox News" lentə alıb.
Bayden birinci xanım Cill Bayden, həmçinin vitse-prezident Kamala Harris və əri ilə birlikdə ön sırada əyləşib. Onların arxasında ABŞ-ın keçmiş prezidentləri oturublar: Bill Klinton Hillari ilə, Corc Buş həyat yoldaşı Laura ilə, Barak Obama, həmçinin Donald Tramp Melaniya ilə.
Video görüntülərdə Co Baydenin anım zamanı gözlərini yumduğu və yuxuya getdiyi əks olunub.
Cimmi Karter 1977-1981-ci illərdə ABŞ-ın Demokratik prezidenti olub. 29 dekabr 2024-cü ildə yüz yaşında dünyasını dəyişib. O, son günlərini Gürcüstandakı evində keçirib .
2002-ci ildə Cimmi Karter prezidentliyindən sonrakı onilliklər ərzində sülhün, demokratiyanın və insan haqlarının təşviqində göstərdiyi səylərə görə Nobel Sülh Mükafatına layiq görülüb.
Hüseyn İbadlı
-
Region10:30Paşinyanın maaşı artır: Görün nə qədər alacaq
-
Dünya10:06Avropanın nəhəng ölkəsi müflis olacaq - Trampın sözünə baxmasa
-
Nida Xəbər 10:03Baş nazir qərar imzaladı
-
Dünya09:35Türkiyədən Moskvaya uçan 4 təyyarə Litva və Polşa üzərindən geri döndü - Nə baş verir?
-
Ekopublika.az09:00Bu xərcin 70%-ni dövlət ödəyəcək - Nə dəyişəcək?
-
ABŞ07:55Tramp onun edam hökmünü təsdiqlədi: Güllələnərək öldürüləcək
-
Region06:16Pezeşkian aylardır boş qalan vəzifə üçün namizəd göstərdi - İranın yeni müdafiə naziri kim olacaq?
-
Hadisə02:18Azərbaycan vətəndaşları da həlak oldu: Hücuma məruz qalan Türkiyə gəmisindən görüntülər - Video















.jpg)



.jpg)







.jpg)










.jpg)
