İdman
“Real” İspaniya Superkubokunun finalına yüksəldi
“Real Madrid” İspaniya Superkubokunun yarımfinal matçında “Malyorka”nı 3:0 hesabı ilə məğlub edib.
Publika.az xəbər verir ki, qarşılaşma Ciddədə (Səudiyyə Ərəbistanı) keçirilib.
“Los Blankos”un heyətində Cud Bellinhem (63-cü dəqiqə), Rodriqo (90+5), “adalılar”ın futbolçusu Martin Valent isə öz qapısına qol vurub (90+3).
Final matçında “Real” digər yarımfinalda Bilbaonun “Atletik”ini 2:0 hesabı ilə yenən “Barselona” ilə qarşılaşacaq. Həlledici görüş yanvarın 12-də Ciddədə keçiriləcək.
İspaniya Superkuboku 1982-ci ildən keçirilir. 2019/20 mövsümündə ənənəvi format İspaniya çempionu, İspaniya Kubokunun sahibi, ölkə vitse-çempionu və kubok finalçısı olmaqla dörd komandanın iştirakı ilə miniturnirə dəyişdirilib. “Barselona” superkuboku 14 dəfə qazanıb və bu göstəriciyə görə birinci yeri tutur. Hazırkı kubok sahibi 2024-cü ilin yanvarında “Barselona”nı 4:1 hesabı ilə məğlub edən “Real”dır.
-
Region11:16
Rusiya "bahalıdır" dedi, Türkiyədən almağı dayandırdı: bu ölkələrə üz tutdular
-
Hadisə10:50
Bakıda jurnalistin xanımı qəfil vəfat etdi
-
İdman10:00
Romao braziliyalılara Juninyo və "Qarabağ"dan danışdı: Azərbaycana gələndə nədən qorxurmuş?
-
ABŞ09:54
Dəhşətli yanğından zərər çəkənlərə bəd xəbər verildi: Sığorta olmayacaq
-
Qoroskop09:18
Bu bürclər fevral ayında VARLANACAQLAR: elə bir yerdən pul gələcək ki... - VİDEO
-
Dünya09:00
Qızının gözü qarşısında qadını TİMSAH PARÇALADI -
-
Səhiyyə07:30
Çindən gələn yeni virusun təhlükələri AÇIQLANDI
-
Magazin105:15
Tolik MTV-dən görün hansı kanala gedib - "Böyük tarixçəsi olan..."