Sosial
At almağa getmişdi, 15 yaşlı QIZI QAÇIRDI
Daşkəsən rayonunda yetkinlik yaşına çatmayan qızla evlənən 20 yaşlı oğlan cinayət məsuliyyətinə cəlb edilib.
Publika.az xəbər verir ki, rayonun kəndlərindən birinin sakini olan 2004-cü il təvəllüdlü Samir Baxışov (ad-soyadlar şərtidir) Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilinib.
Daşkəsən Rayon Məhkəməsində keçirilən prosesdə ona hökm oxunub.
Məhkəmədə ifadə verən Samir bildirib ki, qonşu kənddə yaşayan 15 yaşlı Ulduzla evlənməyi əvvəldən planlaşdırmayıb: “At almaq üçün Ulduzun yaşadığı kəndə getmişdim. Həmin vaxt onu görüb bəyəndim. Özümlə qaçıraraq Göygöl rayonunda qardaşımın evinə apardım. 5 gün burada qaldıq və hamıdan gizləndik. Həmin vaxt ərzində valideynlərimizin barışıq əldə etməsini və bizim evliliyimizə razılıq verməsini gözlədik. Barışıq olandan sonra Ulduzu öz kəndimizə apardım və hazırda ər-arvad kimi birgə yaşayırıq”.
Yetkinlik yaşına çatmayan qız da oxşar ifadə verib və Samirdən şikayətinin olmadığını deyib.
Məhkəmənin hökmü ilə Samir Baxışova 1 il şərti cəza verilib. Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunub. (“Qafqazinfo”
-
Magazin105:15
Tolik MTV-dən görün hansı kanala gedib - "Böyük tarixçəsi olan..."
-
ABŞ04:14
Los-Ancelesdəki yanğından xilas edilən nəhəng tısbağa - VİDEO
-
ABŞ03:13
Bayden Cimmi Karterlə vidalaşarkən yuxuya getdi
-
Sosial02:44
Bakıda şadlıq sarayı bir gündə yararsız hala düşdü - VİDEO
-
Dünya00:30
Daha bir DƏHŞƏTLİ AVİAQƏZA: təyyarə çimərlikdə partladı - ANBAAN VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Problemlərdən dərs çıxarın
-
Kriminal00:00
Şamaxıda QƏTL: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir"
-
Magazin19 Yanvar 23:12
Dilarənin Elşənin verilişində qorxduğu anlar yayımlanacaq