Region
Əcnəbi qızlar Türkiyəni QARIŞDIRMAQ İSTƏDİLƏR - Qəbiristanlıqda elə hərəkət ediblər ki...
Türkiyənin hüquq-mühafizə orqanları Antalyadakı qəbiristanlıqda fotosessiya etdirərək məzar daşlarında kart oynayan iki əcnəbi qadına qarşı cinayət işi açıb.
Publika.az xəbər verir ki, bu barədə "İmecegazetesi" portalı polis məlumatlarına istinadla məlumat yayıb.
Bu günlərdə mediada türk qəbiristanlığında rusdilli qızların poza verdiyini əks etdirən videolar yayılıb. "SHOT" "Telegram" kanalının məlumatına görə, videoda 32 yaşlı moskvalı Eliza Sannikova və 29 yaşlı Odessa sakini Katerina-Alexandra Lyubimova yer alıb.
Antalya Təhlükəsizlik Müdirliyi qızların Muratpaşa rayonundakı Andizli qəbiristanlığında nalayiq davrandıqlarını bildirib. Qeyd olunub ki, baş hərfləri ES və KY olan əcnəbilər martın 10-da ölkəni tərk ediblər.
Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarlara qarşı Cinayət Məcəlləsinin 216-cı maddəsi - əhali arasında nifrət və düşmənçiliyin salınması ilə cinayət işi açıb.
Hüseyn İbadlı
-
ABŞ02:44Trampın təyyarəsinə hücum cəhdi - Helikopterlər havaya qalxdı
-
Region02:18Tehran qaranlığa qərq oldu - 150-dən çox qırıcı təyyarə ilə hücum dalğası
-
Qoroskop01:40Günün ulduz falı: Keçmişlə bağlı xatirələr canlana bilər
-
Hadisə00:25Şirvanda partlayış oldu: xəsarət alan var - Foto/Video
-
Sosial29 Mart 21:15Laçında 300 metr yüksəklikdə "gəzinti": Kanat yolu istifadəyə verilir - Video
-
MDB29 Mart 20:18Paşinyana hücum edənlər saxlanıldı - Video/Yeniləndi
-
Hadisə29 Mart 19:13Bakıda göl daşdı: hamı balıq tutur - Foto
-
Magazin129 Mart 18:36Bu məşhur aparıcı Rasim Balayevin qohumu imiş - Foto















.jpg)


















