Region
Tehran qaranlığa qərq oldu - 150-dən çox qırıcı təyyarə ilə hücum dalğası
İsrailin Hərbi Hava Qüvvələri İran paytaxtına yeni hücum dalğası başladıb.
Publika.az xəbər verir ki, bu barədə İsrail Ordusunun Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hücumlar Tehrandakı düşmən obyektlərini hədəf alıb.
Qeyd edək ki, İranın bəzi ərazilərində, xüsusilə də paytaxtın bir neçə rayonunda elektrik enerjisinin kəsildiyi ilə bağlı məlumatlar yayılıb.
İsrailin Hərbi Hava Qüvvələrinin daha sonra yaydığı məlumatlarda isə bildirilib ki, Tehran ərazisindəki hərbi sənaye komplekslərinə bir sıra zərbələr endirib. Əməliyyatda 150-dən çox qırıcı təyyarə iştirak edib və 120-dən çox sursatdan istifadə edilib.
Hədəflər arasında silah tədqiqatı, inkişafı və istehsalına aid müəssisələr də olub.
İsrail ballistik raketlərin istehsal olunduğunu və saxlanıldığını iddia etdiyi obyektlər də vurub.
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər




































.jpg)
