Region
İran ABŞ-ı Yaxın Şərqdəki iki universiteti bombalamaqla HƏDƏLƏDİ
Ağ Ev İrandakı universitetlərə endirilən zərbələri pisləməlidir, əks halda İslam Respublikası ABŞ-ın Yaxın Şərqdəki universitetlərinə hücum edəcək.
Publika.az "Tasnim" agentliyinə istinadla xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu cür ultimatum irəli sürüb.
"Əgər ABŞ administrasiyası regiondakı universitetlərinin (ikisi istisna olmaqla) hücuma məruz qalmasını istəmirsə, onun nümayəndələri 30 mart, Tehran vaxtı ilə saat 12:00-a qədər İran ali məktəblərinin atəşə tutulmasını pisləməlidirlər", - deyə SEPAH-ın bəyanatında bildirilir.
İran tərəfi dəqiqləşdirib ki, ABŞ-ın Yaxın Şərqdəki iki universiteti Vaşinqtonun addımlarından asılı olmayaraq, "bombalanmış İran ali məktəblərinin qisası olaraq" dağıdılacaq. Bununla belə, SEPAH-ın bəyanatında söhbətin konkret hansı universitetlərdən getdiyi qeyd olunmayıb.
Bundan əvvəl ABŞ hərbçiləri İranda 10 min kubmetr həcmində olan içməli su rezervuarına zərbə endirmişdilər. İslam Respublikasından verilən məlumata görə, obyektə hücum nəticəsində xəsarət alan olmayıb. Digər rezervuarlar zərər görməyib və Heftgel şəhəri sakinlərinin içməli su ilə təminatı ştat rejimində davam edir.
Hüseyn İbadlı
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər




































.jpg)
