Sosial
Laçında 300 metr yüksəklikdə "gəzinti": Kanat yolu istifadəyə verilir - Video
Laçında turizm infrastrukturunun inkişafı istiqamətində növbəti irimiqyaslı layihə icra olunur. Şəhər bulvarından başlayacaq yeni kanat yolunun cari ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır. Bu layihə həm logistik məqsədlər üçün əhəmiyyətli olacaq, həm də bölgənin sosial turizm infrastrukturuna böyük töhfə verəcək.
Publika.az İTV-yə istinadla xəbər verir ki, kanat yolunun girişi şəhərin bulvar hissəsində yerləşir. Texniki göstəriciləri ilə diqqət çəkən layihənin hündürlüyü 300 metr, xəttinin ümumi uzunluğu isə 1 720 metrdir.
Yeni kanat yolu saatda 800 sərnişinə xidmət göstərmək imkanına malikdir. Layihə çərçivəsində hər biri 10 nəfərlik olmaqla cəmi 17 kabinə nəzərdə tutulub. Sərnişinlər bulvarla yüksəklik arasındakı məsafəni cəmi 6 dəqiqəyə qət edəcəklər. Əsas məqamlardan biri odur ki, bəzi kabinələr velosiped və əlil arabaları üçün xüsusi olaraq uyğunlaşdırılacaq. Bu da kanat yolunun həm də inklüziv nəqliyyat vasitəsi kimi fəaliyyət göstərməsini təmin edəcək.
-
Qoroskop00:30Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, vütün buzları əridə bilər
-
Sağlamlıq16 May 23:36Nazilə gəlini haqqında görün nələr deyib
-
Magazin216 May 23:00“Avroviziya-2026”nın finalı başladı - CANLI
-
Magazin216 May 22:48Məşhur aktyorun sevgilisi çimərlik geyimində pozalar verdi - FOTO
-
Magazin216 May 22:36"Avroviziya-2026" - Finalda 25 ölkə mübarizə aparacaq
-
Avropa16 May 22:00Dünyanın ən yaşlı iti öldü
-
İdman16 May 21:12Boks üzrə ölkə çempionunun meyiti tapıldı
















.jpg)














.jpg)



