Region
Ermənistanda qalmaqallı qətl: Müxalif icma rəhbəri və DİN əməkdaşı öldürüldü - VİDEO
Parakar icmasının rəhbəri Volodya Qriqoryanla birlikdə Ermənistan Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin əməliyyatçısı Karen Abramyan da öldürülüb.
Publika.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a ölkənin Daxili İşlər Nazirliyi məlumat verib.
Bundan əvvəl Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti Parakar icmasının rəhbəri Volodya Qriqoryan və dostunun Merdzavanda öldürüldüyü barədə məlumat yayıb.
Hadisə nəticəsində daha bir nəfər yaralanıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, yaralı Artsrun Qalstyandır və hazırda əməliyyat olunur.
Ermənistan İstintaq Komitəsi adam öldürmə və adam öldürməyə cəhd maddələri ilə cinayət işinin başlandığını açıqlayıb. Cinayət yerindən çoxlu sayda pulemyot gilizləri aşkar edilib.
Xatırladaq ki, Parakar icmasında seçkilər 2025-ci il martın 30-da keçirilib. Nəticələrə görə, hakim “Mülki Müqavilə” partiyası “Birlik” blokuna uduzub. İcmanın rəhbəri “Birlik” blokunun nümayəndəsi Volodya Qriqoryan seçilib.
Tural
-
İdman01:11Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - VİDEO
-
Magazin100:15"Onun gələcəkdə hansı fəsadlar yaradacağı bəlli deyil"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir mesaj çox şeyi dəyişə bilər
-
Elm və təhsil17 May 23:3614 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - VİDEO
-
İdman17 May 23:24Bu halını unudun - Döyüş üçün 1,5 ilə 45 kiloqram arıqladı
-
Magazin117 May 23:12"Xəzər" TV-də "Maşın" şou başlayır?
-
Dünya17 May 22:48Günəş yaxınlığında sirli asteroid kəşf edildi - Parçalanma gedir
-
Magazin117 May 22:008 illik evlilik Hazala görə bitdi?






























.jpg)


