Region
Daha vacib şəxslərlə görüşürdü: Putin Paşinyanı gecə yarısına qədər gözlədib
Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdüyü barədə məlumat vermişdik.
Publika.az Rusiya mətbuatına istinadla bildirir ki, Paşinyan Putinlə görüşmək üçün az qala gecə yarısına qədər gözləməli olub.
Belə ki, sentyabrın 25-də Putin Efiopiyanın baş naziri Abiy Əhməd və Myanma prezidenti vəzifəsini icra edən Min Aunq Hlainqlə danışıqlar aparıb. Rusiya lideri Beynəlxalq Atom Enerjisi Agentliyinin ( MAQATE ) baş direktoru Rafael Qrossi ilə də görüşüb. Beləliklə, erməni siyasətçi sentyabrın 26-da az qala saat 01:00-a qədər gözləməli olub.
“Bir-birimizi bu yaxınlarda görsək də, həmişə danışacaq bir şeyimiz var, lakin buna baxmayaraq, sizi Moskvada görməyə çox şadıq”, - Putin deyib.
Görüşdə Rusiya tərəfdən baş nazirin müavini Aleksey Overçuk, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Dmitri Lyubinski, Rusiya Dəmir Yollarının baş direktoru Oleq Belozerov, “Rosatom” Dövlət Korporasiyasının rəhbəri Aleksey Lixaçev iştirak ediblər.
Tural
-
İdman01:11Çempionluğu qeyd etməyə “Çırpınırdı Qara dəniz”lə çıxdı - VİDEO
-
Magazin100:15"Onun gələcəkdə hansı fəsadlar yaradacağı bəlli deyil"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir mesaj çox şeyi dəyişə bilər
-
Elm və təhsil17 May 23:3614 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - VİDEO
-
İdman17 May 23:24Bu halını unudun - Döyüş üçün 1,5 ilə 45 kiloqram arıqladı
-
Magazin117 May 23:12"Xəzər" TV-də "Maşın" şou başlayır?
-
Dünya17 May 22:48Günəş yaxınlığında sirli asteroid kəşf edildi - Parçalanma gedir
-
Magazin117 May 22:008 illik evlilik Hazala görə bitdi?






























.jpg)


