Region
"Casus şəbəkəsi" işi üzrə müttəhimlərə ölüm hökmü çıxarıldı
İranın məhkəmə orqanları Kərəcdə "Mossad" və "Mücahidin-e Xalq" təşkilatı ilə əlaqəli olduğu iddia edilən "casus şəbəkəsi" işi üzrə iki müttəhimin edam cəzasına məhkum edildiyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Yayılan xəbərlərə görə, bu şəxslər digər iki ittiham edilən şəxslə - İsfahandan olan ər-arvad ilə birlikdə "moharebe" (Allaha qarşı müharibə aparmaq), "Düşmən qruplaşmalarla əməkdaşlıq", "Ölkənin milli təhlükəsizliyə qarşı sui-qəsd və hərəkətlər" və "Rejimə qarşı təbliğat fəaliyyəti" ittihamları üzrə Kərəc məhkəməsi qarşısına çıxarılıblar. Digər ikisi uzunmüddətli həbs cəzası alıblar - ümumilikdə 26 ildən çox.
Ədliyyə orqanlarının iddiasına görə, müttəhimlər İsrail kəşfiyyatında təlim keçiblər və hərbi obyektlərin yandırılması, Tehrandakı hərbi mərkəzə hücum cəhdi də daxil olmaqla, aksiyalarda iştirak ediblər. Həmçinin onlardan istifadəyə hazır partlayıcı mərmilərin də müsadirə edildiyi bildirilir.
-
Magazin100:15"Onun gələcəkdə hansı fəsadlar yaradacağı bəlli deyil"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir mesaj çox şeyi dəyişə bilər
-
Elm və təhsil17 May 23:3614 dəfə əməliyyat olunsa da, imtahandan yüksək bal topladı - VİDEO
-
İdman17 May 23:24Bu halını unudun - Döyüş üçün 1,5 ilə 45 kiloqram arıqladı
-
Magazin117 May 23:12"Xəzər" TV-də "Maşın" şou başlayır?
-
Dünya17 May 22:48Günəş yaxınlığında sirli asteroid kəşf edildi - Parçalanma gedir
-
Magazin117 May 22:008 illik evlilik Hazala görə bitdi?
-
Magazin117 May 20:36Röya illər sonra keçmiş həyat yoldaşı ilə - VİDEO






























.jpg)


