Region
Türkiyədə "F-16" qəzası - Pilot şəhid oldu
Türkiyədə Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcı təyyarəsi magistral yola düşüb.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə rəsmilərinə istinadla "Anadolu" agentliyi məlumat yayıb.
Balıkəsirdəki aviabazadan havaya qalxan təyyarə planlı təlim uçuşu həyata keçirirmiş. Bir müddət sonra təyyarə ilə radioəlaqə kəsilib, ardınca isə o, İzmir-İstanbul avtomobil yoluna çırpılıb. Qırıcının düşməsi güclü partlayışa və yanacağın alışmasına səbəb olub. Təyyarənin qalıqları bir neçə yüz metr radiusda ətrafa səpələnib. Pilot şəhid olub.
Türkiyənin Balıkesir əyalətinin qubernatoru İsmayıl Ustaoğlu faktı təsdiq edib və bildirib ki, qəzaya uğrayan təyyarə XIX Baş Reaktiv Hava Bazası Komandanlığına məxsus olub.
Onun sözlərinə görə, qəza Bakı vaxtı ilə saat 01:50 radələrində təyyarə planlaşdırılmış missiyanı yerinə yetirərkən baş verib. O, şəhid pilotun ailəsinə başsağlığı verib.
Türkiyə Müdafiə Nazirliyi qırıcı təyyarənin qəzaya uğradığını təsdiqləyib. Hərbçilər axtarış-xilasetmə əməliyyatına başlayıb və təyyarənin qalıqlarını tapıblar. Nazirlik bildirib ki, qəzanın səbəbini araşdırma komissiyası müəyyən edəcək.
Aviəqəza yerində fövqəladə hallar xidməti işləyir. Hadisə ilə bağlı araşdırma başlanıb.
Hüseyn İbadlı
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü






















.jpg)














