Region
Paşinyanla mübahisə Köçəryan ailəsinə baha başa gəldi - Eks-prezident və oğlu saxlanıldı
Ermənistanın ikinci prezidenti Robert Köçəryan və böyük oğlu Sedrak Köçəryan saxlanılıb. Onlar hazırda Korrupsiyaya Qarşı Mübarizə Komitəsindədir.
Publika.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən məlumat verilib.
Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan bildirib ki, eks-prezidentin kiçik oğlu, deputat Levon Köçəryan isə öz mənzilindədir. Səhər saatlarından etibarən onun evində axtarış aparılır.
Bildirilib ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi cinayət işi çərçivəsində onlarla ünvanda axtarış və digər prosessual tədbirlərin keçirildiyini daha əvvəl açıqlayıb. Səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları Robert Köçəryanın evinə gəlib və onu Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparıblar.
Qeyd edək ki, hadisələr avqustun 24-də parlamentdə Levon Köçəryanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş verən mübahisədən sonra baş verib.
Paşinyan deputata məxsus bütün əmlakın əlindən alınacağı ilə bağlı hədələyici açıqlama verib. Baş nazir bildirib ki, Levon Köçəryan həmin əmlakı övladlarına və nəvələrinə miras qoya bilməyəcək.
Gecə saatlarında isə erməni mediasında Paşinyanın hüquq-mühafizə orqanlarına Robert Köçəryan və onun oğullarına qarşı proses başlatmaq tapşırığı verdiyi barədə məlumatlar yayılıb.
Müəllif: Adəm
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
































