Rəsmi xronika
Elmar Məmmədyarov Cibutili nazirlə görüşdü
Xarici işlər naziri Elmar Məmmədyarov Cibutinin müdafiə naziri Əli Həsən Bahdonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
E.Məmmədyarov Cibutinin hələ 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi TŞ-nin Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar qətnamələrinin qəbul edilməsində rolunu və bu münaqişənin həllində tutduğu ədalətli və birmənalı mövqeyinin yüksək qiymətləndirildiyini vurğulayıb.
Ə.H.Bahdon "ADEX 2016" sərgisinin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, Azərbaycandan olan tərəf müqabilləri ilə praktiki əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdiyini nəzərə çatdırıb.
Görüşdə Azərbaycan və Cibuti arasında iqtisadi-ticarət, nəqliyyat və digər sahələrdə əlaqələrin inkişafı üçün əlverişli imkanların olduğu vurğulanıb.
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər