Rəsmi xronika
Kəmaləddin Heydərov İsrailin səfiri ilə görüşdü
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 7-də İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Kəmaləddin Heydərov Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən, həmçinin, bu istiqamətdə müxtəlif ölkələrin, o cümlədən İsrailin uyğun qurumları ilə uğurlu əməkdaşlıqdan ətraflı bəhs edib.
Öz növbəsində, səfir Dan Stav İsrailin uyğun qurumlarının Azərbaycan FHN-lə daha sıx əməkdaşlıq etməkdə maraqlı olduqlarını diqqətə çatdırıb, bu istiqamətdə ölkəmizdə diplomatik fəaliyyəti müddətində səylərini əsirgəmədiyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
-
Mistika23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin122:24
Tolik MTV-dən getdi
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”