Rusiya Təhlükəsizlik Xidməti Azərbaycanla birgə əməliyyat keçirdi
Bizi izləyin

Rəsmi xronika

Rusiya Təhlükəsizlik Xidməti Azərbaycanla birgə əməliyyat keçirdi

Əməliyyatlar nəticəsində saxlanılan 1400 şəxslə yanaşı, 1470-dən çox kiçik həcmli gəmi və 625 min 152 metr tor ələ keçirilib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları (FTX) Azərbaycan və Qazaxıstandan olan həmkarları ilə birgə keçirdikləri əməliyyat nəticəsində Xəzər dənizi hövzəsində sərhəd pozuntusuna yol verən 1400-dən çox şəxsi saxlayıb.

Publika.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə FTX-nin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, keçirilən əməliyyatlar nəticəsində saxlanılan 1400 şəxslə yanaşı, 1470-dən çox kiçik həcmli gəmi və 625 min 152 metr tor ələ keçirilib.

“15 min tondan çox bioloji resursların qanunsuz dövriyyəsinin qarşısı alınıb. Əməliyyatlar bu ilin 15 aprel-15 may və 30 avqust-31 oktyabr tarixlərində keçirilib. Əməliyyatlarda Azərbaycan Dövlət Sərhəd Xidmətinin nümayəndələri və Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin əməkdaşları da iştirak edib”, - deyə məlumatda qeyd olunub.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm