İlham Əliyev Brüsseldə görüşlər keçirəcək
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev Brüsseldə görüşlər keçirəcək

Azərbaycan prezidenti Avropa Komissiyasının prezidenti Jan Klod Yunkerlə bir araya gələcək.

Belçikada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu gün Avropa İttifaqı rəhbərliyi ilə görüşlər keçirəcək.

APA-nın Aİ-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, günorta saatlarında Azərbaycan prezidentinin Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini ilə görüşü planlaşdırılır. Sonra dövlət başçısı Aİ Şurasının prezidenti Donald Tuskla görüşəcək. Bu görüşün sonunda tərəflər mətbuata açıqlama ilə çıxış edəcəklər.

Daha sonra Azərbaycan prezidenti Avropa Komissiyasının prezidenti Jan Klod Yunkerlə bir araya gələcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm