Rəsmi xronika
İlham Əliyev Efiopiya və Nepal prezidentlərini təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Mulatu Teşomeyə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Efiopiya Federativ Demokratik Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Efiopiya xalqına sülh və tərəqqi diləyirəm".
Dövlətimizin başçısı Nepal Federativ Demokratik Respublikasının Prezidenti xanım Bidhya Devi Bhandarini də təbrik edib.
Məktubda qeyd olunur: "Hörmətli xanım Prezident, Nepal Federativ Demokratik Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Nepal xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".
-
Ekologiya21:48
Dəmlənmiş çay yarpaqlarının elə bir faydası üzə çıxdı ki...
-
Magazin121:36
Xalq artistii: “Maaşımızın yarısı gedir” - VİDEO
-
Sosial21:24
Qaraçuxur sakininin başına gələn tragikomik hadisənin DETALLARI - VİDEO
-
Nida Xəbər 21:12
Abid Şərifov yeganə oğlunun ölümündən danışdı - VİDEO
-
Nəqliyyat19:12
Daha bir nazirlik sürücülərə XƏBƏRDARLIQ ETDİ - YENİLƏNDİ
-
Magazin118:48
“Avtobusa minməyə pulum yox idi” - VİDEO
-
Ekopublika.az17:10
Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA
-
Hadisə16:40
Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi