Rəsmi xronika
Prezident: "Azərbaycan iqtisadi və siyasi baxımdan sabit ölkədir"
"Azərbaycan iqtisadi və siyasi baxımdan sabit və son iyirmi ildə 200 milyard dollardan çox sərmayə cəlb edə bilmiş bir ölkədir. Bunların təxminən yarısını xarici sərmayələr təşkil edir. Əlverişli investisiya mühiti və əcnəbi investorlar üçün çox etibarlı investisiya şəraiti şirkətlərə Azərbaycanda işləmək üçün yaxşı imkanlar yaradır".
Bunu Prezidenti İlham Əliyev Varşavada keçirilən Polşa- Azərbaycan biznes forumunda çıxışı zamanı deyib.
"Bu gün biz əməkdaşlığımızın inkişafının yeni mərhələsinə qədəm qoyuruq. Mənim Polşaya səfərim çox uğurlu keçir. Biz bir çox sənədləri imzalamışıq. Onların arasında mən strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlıq üzrə Birgə Bəyannaməni xüsusi vurğulamaq istəyirəm. Bu, siyasi və iqtisadi əlaqələrimizin inkişafında yeni bir yol xəritəsini əmələ gətirir. Bəyannamənin adı bizim iqtisadi əməkdaşlığa necə önəm verdiyimizi göstərir. Bugünkü biznes forum onun digər bir göstəricisidir. Çünki biznes icmaları çox həssasdırlar və çox aydın başa düşürlər ki, bu gün Polşa və Azərbaycan arasında yüksək səviyyəli siyasi əlaqələr onlar üçün yeni imkanlara yol açır. Məndə olan məlumata görə, bu gün biznes forumda şirkətlərimiz arasında bir neçə razılaşma imzalanacaq.
Əlbəttə ki, ticarət dövriyyəmizin cari səviyyəsi bizi qane edə bilməz və bu gün biz cənab Prezident və nümayəndə heyətləri ilə ticarət dövriyyəsinin necə artırılması yollarını müzakirə etdik. İqtisadi əlaqələrimizə təkan vermək üçün və həmçinin ixrac potensialımızın yaxşı mənzərəsinin formalaşmasına dair əlverişli fürsətlər var. Yəni, biz bir-birimizə nəyi ixrac edə bilər və hansı birgə biznes layihələrini icra edə bilərik.
Polyak dost və tərəfdaşlarımızı çox sürətli iqtisadi inkişaf münasibətilə təbrik etmək istəyirəm. Bu gün Polşa ən yüksək iqtisadi artım sürəti, siyasi və iqtisadi sabitlik nümayiş etdirir. İnkişaf isə bu gün ölkənizin tərəqqiyə doğru yolunu gücləndirmək üçün çox yaxşı imkanlar yaradır".
Azərbaycana gəlincə, prezident qeyd edib ki, "ölkəmiz nisbətən gəncdir, müstəqillik yalnız 25 il bundan öncə bərpa olunub. Biz keçən il bunu qeyd etdik. Bu illər transformasiya illəri - siyasi, sosial və əlbəttə ki, iqtisadi transformasiya illəri olub".
O, bu gün Azərbaycanın, həmçinin çox yaxşı iqtisadi fəaliyyət nümayiş etdirdiyini diqqətə çatdırıb:
"2004-cü ildən bəri iqtisadiyyatımız üç dəfədən çox artıb. Biz işsizliyi və yoxsulluğu 5-6 faiz səviyyəsinə qədər azalda bilmişik. Hazırda ümumi daxili məhsulun 70 faizdən çoxu özəl sektorun payına düşür və maliyyə ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə artıqdır.
Biz Polşa şirkətləri ilə həm Azərbaycanda, həm də Polşada tərəfdaş qismində müxtəlif layihələrdə çalışmaq istəyirik. Biz investisiya qoyuluşu ilə bağlı layihələrdə iştirak etmək istəyirik. Biz Polşa şirkətlərini Azərbaycanda həyata keçirilməkdə olan enerji, nəqliyyat, tikinti layihələrində tərəfdaş olmağa dəvət edirik. Biz onları podratçı qismində dəvət edirik. Biz şirkətləri Azərbaycanda və regionda bazar potensialı olan sahələrə sərmayə yatırmağa dəvət edirik. Hesab edirəm ki, belə yaxşı siyasi münasibətlərə və iqtisadi əməkdaşlıq üzrə aydın təsəvvürə malik olmaqla biz çox qısa müddət ərzində uğur qazana, ticarət dövriyyəsini, zənnimcə, bir neçə dəfə artıra və biznes icmaları üçün çox möhkəm təməl yarada bilərik" (Report).
-
İKT01:21
"YouTube"a yeni RƏQİB GƏLİR: müsabiqə elan edildi
-
Region00:30
Türkiyədə silahlı qadın doğum evinin həkimlərini GİROV GÖTÜRDÜ
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə mövzular gündəmə gələ bilər ki...
-
Hadisə00:00
Xoşqədəm baldızı tərəfindən döyülən qadının VİDEOSUNU YAYDI
-
Əmlak5 Oktyabr 23:36
Bakıda bu evlər sökülür: pul veriləcək - FOTO
-
Hadisə5 Oktyabr 23:24
Hacıqabulda AĞIR QƏZA: bir ailənin üç üzvü...
-
Magazin25 Oktyabr 21:48
Məşhur müğənni 35 yaşına çatmadan HƏYATLA VİDALAŞDI - FOTO
-
Magazin15 Oktyabr 20:36
Aynur Dadaşova tanınmaz halda - FOTO