Rəsmi xronika
Türkmənistan prezidenti İlham Əliyevi təbrik edib

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan prezidenti İlham Əliyevi Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edib.
Publika.az-ın məlumatına görə, Qurbanqulu Berdiməhəmmədovun
məktubunda deyilir:
"Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə
Türkmənistan xalqı və Hökuməti adından, şəxsən öz adımdan Sizə və
Sizin şəxsinizdə ölkənizin bütün qardaş xalqına səmimi təbriklərimi
çatdırmaqdan böyük məmnunluq duyuram.
Türkmənistan ilə Azərbaycan arasında mövcud münasibətlərin yüksək
səviyyəsini, bu münasibətlərin müxtəlif istiqamətlər üzrə, o
cümlədən siyasi, ticari-iqtisadi, sosial, mədəni-humanitar və digər
sahələrdə daim möhkəmlənməsini və inkişaf etməsini qeyd etməkdən
fərəh duyuram. Türkmənistan-Azərbaycan dövlətlərarası dialoqun daha
da genişlənməsinə ölkələrimizin sadiqliyi hər iki xalqın
mənafelərinə uyğundur.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə
səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və böyük uğurlar
diləyirəm. Qardaş Azərbaycan xalqına isə ən səmimi təbriklərimi
çatdırır, sülh və firavanlıq arzu edirəm".

-
Dünya19:30
Putin Trampın nümayəndəsi ilə görüşdü
-
Ekologiya18:20
Ayın son beş günü hava necə olacaq? - Yağış, külək, dolu...
-
Rəsmi xronika17:37
İlham Əliyev üç sərəncam imzaladı
-
Sosial16:35
Əvəz Zeynallı azadlığa buraxıldı
-
Dünya15:12
Narışkindən etiraf: Bakıda bu ölkənin kəşfiyyat xidməti rəhbərlərindən biri ilə görüşüb
-
Hadisə14:47
Bakıda sürücülər arasında dava - Ölən var
-
İdman14:19
"Neftçi"də iclas oldu, Samir Abasov rəhbərliyə siyahı təqdim etdi: Bu futbolçular göndərilir
-
Maraq dünyası13:36
Günəş Yeri belə məhv edəcək: Dünyanın SON TARİXİ AÇIQLANDI