Rəsmi xronika
Kəmaləddin Heydərov Məsud Kərbasian ilə görüşdü
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 26-da İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ilə görüşüb.
Publika.az-a FHN-dən verilən məlumata görə, K. Heydərov Məsud Kərbasianı Dövlət Komissiyasının həmsədri təyin olunması münasibətilə təbrik edərək uğurlar arzulayıb.
Nazir ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu və bu əməkdaşlığın genişlənməsində dövlət başçılarının səfərlərinin və keçirilən görüşlərin böyük rol oynadığını diqqətə çatdırıb. Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində də iki ölkə arasında sıx əməkdaşlığın mövcudluğunu vurğulayan K. Heydərov gələcəkdə də sözügedən sahədə qarşılıqlı fəaliyyətin davam etdiriləcəyinə əmin olduğunu bildirib.
Öz növbəsində, İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri Məsud Kərbasian təbii fəlakətlərlə üzləşdikləri zaman Azərbaycan tərəfindən göstərilən yardımları böyük minnətdarlıq hissi ilə xatırladıqlarını bildirib, qardaş köməyinə görə təşəkkür edib. İranlı nazir iki ölkə arasında iqtisadi əməkdaşlığın yüksək səviyyəsindən söz açıb, bu münasibətlərin daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?