İlham Əliyev bir qrup şəxsi təltif etdi - SİYAHI
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev bir qrup şəxsi təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Publika.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Salmanov Səxavət İbrahim oğlu – general-mayor

Əliyev Azad Hüseyn oğlu – polkovnik

“Hərbi xidmətlərə görə” medalı ilə

Qarayev Natiq Sahib oğlu – polkovnik

Hüseynov Anar Rövşən oğlu – polkovnik-leytenant

Hüseynov Fuad Qəşəm oğlu – polkovnik-leytenant

Mirzəyev Vüqar Mirzə oğlu – polkovnik-leytenant

Zamanov Sultan Valeh oğlu – polkovnik-leytenant

Abbasov Elşən Kamran oğlu – mayor

Ağayev Rahim Əlifağa oğlu – mayor

Cəfərov Elməddin Qulu oğlu – mayor.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm