Rəsmi xronika
20 Yanvar hadisələrində əlil olmuş şəxslərin təqaüdü artırıldı - SƏRƏNCAM
Prezident İlham Əliyev 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında sərəncam imzalayıb.
Publika.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
-
Kriminal09:00
Paytaxtda QANLI GECƏ: ailə üzvləri yaşadıqları evdə bıçaqlandılar - YENİLƏNDİ
-
İKT08:36
"Telegram"dan möhtəşəm YENİLİK: onu sata da bilərsiniz
-
Magazin106:46
Gülay Naziləyə 1000 manat verdi - VİDEO
-
İdman05:45
Neymar bu adanı alır: görün nələr var - FOTOLAR
-
Hadisə03:23
Lənkərandan ACI XƏBƏR: ölən və xəsarət alanlar var - FOTO
-
Magazin202:12
“Miss Russia 2024” müsabiqəsinin qalibi bəlli oldu
-
İKT01:21
"YouTube"a yeni RƏQİB GƏLİR: müsabiqə elan edildi
-
Region00:30
Türkiyədə silahlı qadın doğum evinin həkimlərini GİROV GÖTÜRDÜ