Rəsmi xronika
Musa Əliyevin 110 illiyi keçiriləcək - SƏRƏNCAM
Prezident İlham Əliyev akademik Musa Əliyevin 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
2018-ci ilin aprel ayında görkəmli Azərbaycan alimi və tanınmış ictimai xadim, akademik Musa Mirzə oğlu Əliyevin anadan olmasının 110 illiyi tamam olur.
Azərbaycanda geologiya elminin inkişafına öz fundamental tədqiqatları ilə layiqli töhfələr vermiş Musa Əliyev, eyni zamanda, böyük elm təşkilatçısı olaraq təqdirəlayiq fəaliyyət göstərib, Elmlər Akademiyasının prezidenti kimi respublikada intellektual potensialın formalaşdırılması və elmin ən perspektivli sahələrinin təşkili istiqamətində mühüm nailiyyətlər əldə edib.
Ölkənin elmi potensialının artırılması və milli sərvətə çevrilməsində, eləcə də yüksəkixtisaslı kadrların hazırlanmasında xüsusi xidmətlər göstərmiş akademik Musa Əliyevin anadan olmasının 110-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası akademik Musa Əliyevin 110 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirəcək.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf