Rəsmi xronika
Çin və Türkmənistan rəhbərləri İlham Əliyevə başsağlığı verdi
Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Başsağlığı teleqramında deyilir:
"Hörmətli cənab Prezident.
Bakı şəhərindəki Respublika Narkoloji Mərkəzində baş vermiş və insan itkisinə səbəb olmuş faciəli yanğın xəbəri məni dərindən sarsıtdı.
Çin hökuməti və xalqı adından, eləcə də şəxsən öz adımdan həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə sağalmalarını arzuladığımı çatdırmağınızı Sizdən xahiş edirəm".
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov da Prezident İlham Əliyevə başsağlığı verib:
"Hörmətli İlham Heydər oğlu. Bakı şəhərinin Xətai rayonundakı Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı və xeyli insanın xəsarət alması ilə nəticələnmiş yanğınla əlaqədar səmimi başsağlığımı qəbul edin.
Bu çətin anda Türkmənistan xalqı və hökuməti adından, həmçinin şəxsən öz adımdan xahiş edirəm, həlak olanların bütün doğmalarına və yaxınlarına onların kədərinə şərik olduğumu və səbir dilədiyimi, xəsarət alanlara tezliklə sağalmalarını arzuladığımı çatdırasınız".
-
Kriminal02:22
Bakıda zavodda kütləvi dava - Bir nəfər ölümcül döyüldü
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Günün ilk yarısı çətin və ağır olacaq
-
Sosial00:00
Qaz limiti artırılır? - AÇIQLAMA / VİDEO
-
Hadisə15 Oktyabr 23:48
DƏHŞƏTLİ HADİSƏ: meşə ərazisi dəniz kimi dalğalandı - ANBAAN VİDEO
-
Magazin115 Oktyabr 23:12
Köhnə "Dəyirman"çılar bir arada - FOTO
-
Nəqliyyat15 Oktyabr 23:00
Bakıda avtobusda gərgin anlar: sərnişinlər marşrutdan düşürüldülər - VİDEO
-
İdman15 Oktyabr 22:48
"Traktor" klubunun sahibindən paniranistlərə ŞİLLƏ KİMİ CAVAB - VİDEO
-
Banklar 15 Oktyabr 21:36
Bu gecə Azərbaycanda bank kartları İŞLƏMƏYƏCƏK