Prezidentdən Ənvər Əliyevlə bağlı SƏRƏNCAM
Bizi izləyin

Rəsmi xronika

Prezidentdən Ənvər Əliyevlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Ənvər Əliyevə Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycanda tikinti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Ənvər Adil oğlu Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm