Rəsmi xronika
Azərbaycan-Bolqarıstan sənədləri imzalandı
Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin iştirakı ilə Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimi olub.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə”ni imzaladılar.
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov və “Bulgaria Air” aviaşirkətinin idarə heyətinin üzvü Xristo Todorov “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Bulgaria Air” Səhmdar Cəmiyyəti arasında kod paylaşma Sazişi”ni imzaladılar.
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov və Bolqarıstan Respublikasının energetika nazirinin vəzifəsini icra edən Vladimir Malinov “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Bolqarıstan Respublikasının İnnovasiya və İnkişaf Nazirliyi arasında texnoloji innovasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzaladılar.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Asarel Investment” şirkətinin müşahidə şurasının sədri Dimitrar Tsosorkov “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Asarel Investment” arasında Anlaşma Memorandumu”nu imzaladılar.
-
Nida Xəbər 29 May 22:28
Ceyhun Bayramov Pakistanda səfərdədir
-
Magazin229 May 21:52
Kadir İnanır yenidən xəstəxanaya yerləşdirildi
-
MDB29 May 20:50
Qadın ərini öldürmək üçün 4 min manata killer tutdu: Görün nə baş verdi
-
Magazin129 May 20:40
Bəhram Bağırzadənin bu hüququ məhdudlaşdırıla bilər
-
Elm və təhsil29 May 20:32
Müəllimlərə maaşlarla bağlı ŞAD XƏBƏR
-
Elm və təhsil29 May 19:52
Baş nazirdən QƏRAR: təkrar sertifikatlaşdırmadan keçməyənlər...
-
Magazin229 May 19:36
38 yaşlı məşhur aktrisa vəfat etdi - FOTOLAR
-
Elm və təhsil29 May 19:20
9 rəhbər şəxs vəzifəsindən azad olundu