Angela Merkel İlham Əliyevə məktub göndərdi
Bizi izləyin

Rəsmi xronika

Angela Merkel İlham Əliyevə məktub göndərdi

Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Publika.az-ın xəbərinə görə, məktubda deyilir:

"Zati-aliləri, hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Mən dövlətlərimiz və cəmiyyətlərimiz arasındakı əlaqələrin daha da dərinləşməsini dəstəkləyirəm. Almaniya Azərbaycanı siyasi və iqtisadi modernləşmə yolunda gələcəkdə də tərəfdaş kimi dəstəkləməyə hazırdır.

Ali dövləti vəzifənizdə Sizə uğurlar diləyirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm