Rəsmi xronika
Prezident: "Ümid edirəm ki, Alyans Azərbaycan torpaqlarının işğalı faktına adekvat qiymət verəcək"
Bu gün Bakıda Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammiti keçirilir.
Publika.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov dövlət başçısı İlham Əliyevin alyans iştirakçılarına təbrik məktubunu oxuyub.
Dövlət başçısı Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının qısa müddətdə Avropada nüfuzlu təşkilata çevrildiyini bildirib: "Qurumun azadlıq, demokratiya kimi bəyan etdiyini ənənələr Azərbaycan xalqının həyatında mühüm yer tutur. Bu tədbir Avropada bir çox dövlətlərdən öncə qadınlara səsvermə hüququ verdiyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyi dövrə təsadüf edir".
Azərbaycan prezidenti qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi transmilli enerji layihələri Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir: "Cənub Qaz Dəhlizi bu sahədə uğurlara yeni imkanlar yaradacaq. Azərbaycan humanitar əlaqələrin inkişafına dəstək verir, qlobal problemlərin həllində iştirak edir, Təəssüf ki, 30 il əvvəl başlamış Dağlıq Qarabağ münaqişəsi ölkəmizin və regional inkişafın qarşısında ən böyük mane olaraq qalmaqdadır. Ermənistan torpaqlarımızın 20 faizini işğal edib, 1 milyondan çox insanımız məcburi köçkünə çevrilib. Beynəlxalq təşkilatlar münaqişənin ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı qətnamə və qərarlar qəbul etsə də, münaqişənin həlli ilə bağlı real addımlar atılmayıb. Ümid edirəm ki, Alyans Azərbaycan torpaqlarının işğalı faktına adekvat qiymət verəcək. İnanıram ki, bu sammit yüksək işgüzarlıq şəraitində keçiriləcək. demokratiyanın inkişafına, sülhün bərpasına xidmət edəcək".
Ömər,
Foto: Səfiyar Məcnun
-
Magazin102:19
Aygün Kazımova qeyri-adi saç düzümündə - FOTOLAR
-
Elm və təhsil01:51
Direktorluqdan imtina edib, Xankəndiyə müəllim kimi qayıtdı
-
Hadisə01:10
Xəzərdə zəlzələ oldu
-
Qoroskop00:13
Günün qoroskopu: Pul məsələlərində risklərdən qaçın!
-
Magazin111 Oktyabr 22:17
Azərbaycanlı aparıcı ABŞ vətəndaşı oldu - FOTO
-
Kriminal11 Oktyabr 22:04
Xocavəndin hərbi komissarı həbs edildi - RƏSMİ/YENİLƏNDİ
-
İdman11 Oktyabr 21:59
Millimiz Estoniyaya məğlub oldu - VİDEO/YENİLƏNDİ
-
Kriminal11 Oktyabr 21:52
Narin Güran qətlində yeni təfərrüatlar üzə çıxdı