Azərbaycan Prezidenti BMT-nin Baş katibinə başsağlığı verdi
Bizi izləyin

Rəsmi xronika

Azərbaycan Prezidenti BMT-nin Baş katibinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşə başsağlığı verib.

Publika.az xəbər verir ki, başsağlığı məktubunda bildirilir:

"Hörmətli cənab Baş katib,

Birləşmiş Millətlər Təşkilatının 7-ci Baş katibi, görkəmli siyasi xadim Kofi Annanın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Kofi Annan uzun illər Birləşmiş Millətlər Təşkilatına rəhbərlik edərək, dünyada sülhün və sabitliyin qorunub saxlanması, qlobal təhdidlərin və təhlükələrin qarşısının alınması, davamlı inkişafın təmin edilməsi işinə mühüm töhfələr vermişdir.

Azərbaycan Respublikası ilə BMT arasında əməkdaşlığın bütün istiqamətlərdə dərinləşməsində Kofi Annanın xüsusi xidmətləri olmuşdur.

Bu ağır itki ilə əlaqədar Sizə və başçılıq etdiyiniz təşkilatın əməkdaşlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm