Rəsmi xronika
Prezident İlham Əliyev fərman imzaladı
Prezident İlham Əliyev "Ortamüddətli xərclər çərçivəsinin icrasının təmin edilməsi ilə bağlı əlavə tədbirlər və “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərman “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanının tətbiqi ilə əlaqədar nəticəəsaslı büdcə tərtibi mexanizminə keçid işlərinin sistemliliyini təmin etmək və səmərəliliyini artırmaq, mütərəqqi tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olmaq məqsədilə imzalanıb.
Fərmanda bildirilir ki, son illərdə ölkədə dövlət maliyyəsinin idarə olunması sahəsində bir sıra mühüm və genişmiqyaslı islahatlar aparılması, makroiqtisadi sabitliyin gücləndirilməsi, iqtisadi artımın dəstəklənməsi dövlət xərclərinin səmərəliliyinin və ünvanlılığının artmasına imkan verib.
Ortamüddətli və uzunmüddətli makroiqtisadi dayanıqlığı, maliyyə və borc intizamını təmin edən büdcə siyasətinin gerçəkləşdirilməsi üçün makroiqtisadi və büdcə göstəricilərindən ibarət çərçivəni müəyyən edən büdcə qaydasının normativ hüquqi bazası formalaşdırılıb və onun tətbiqinə başlanılıb.
Həmçinin bu istiqamətdə növbəti büdcə islahatlarının həyata keçirilməsinə başlanılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli fərmanı ilə “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası” təsdiq edilib.
Qeyd olunanlarla yanaşı, dövlətin maliyyə resurslarının proqramlara və strateji hədəflərə uyğun icrasının təmin edilməsi, dövlət orqanları üzrə büdcənin həmin orqandan gözlənilən nəticələr əsasında tərtib edilməsi, onların fəaliyyətindən gözlənilən əsas nəticələrin aydın müəyyənləşdirilməsi ortamüddətli xərclər çərçivəsinin tətbiqi ilə bağlı tədbirlərin sürətləndirilməsini zəruri edir.
Ortamüddətli xərc çərçivəsinin tətbiqini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası “Ortamüddətli Xərc Çərçivəsi”nin, o cümlədən “Ortamüddətli Resurs Zərfi”nin və “Milli Xərc Prioritetləri”nin hazırlanması, nəticəyə hədəflənmiş büdcənin təşkili prosesinə keçidin təmin edilməsi məqsədilə aidiyyəti tədbirlər planını (konkret icraçılar və icra müddətləri göstərilməklə) üç ay müddətində təsdiq etməli və həmin tədbirlər planının icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə hesabat verməli, büdcə xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi, habelə iqtisadi təsnifatının “Dövlət əsaslı vəsait qoyuluşu” köməkçi bölməsi üzrə dövlət xərclərinin səmərəliliyinin və effektivliyinin təhlilinin aparılmasını təmin etməli, büdcə xərclərinin funksional təsnifatının “Təhsil”, “Kənd təsərrüfatı” və “Ətraf mühitin mühafizəsi” bölmələri üzrə bu fərmanda qeyd olunmuş “Milli Xərc Prioritetləri” ilə əlaqələndirilmiş sektor strateji planlarının və bu planlar əsasında həmin bölmələrin ortamüddətli (növbəti il və sonrakı üç il üçün) xərclər çərçivəsinin 2021-ci il dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim olunmasını təmin etməli, 2021-ci il dövlət büdcəsinin tərtibi ilə bağlı nəticələr nəzərə alınmaqla, 2022-ci ilin və növbəti illərin dövlət büdcələri layihələrinin hazırlanması zamanı tətbiq etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nda nəzərdə tutulmuş büdcə tərtibi prosesinin və nəticəəsaslı büdcənin formalaşması mexanizminin “Büdcə sistemi haqqında” qanunda müəyyən olunmasını təmin edən müvafiq qanun layihəsini 2021-ci il yanvarın 1-dək hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Müəyyən edilib ki, Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası bu fərmanda göstərilmiş işlərə yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları və elmi müəssisələri cəlb edə, müxtəlif dövlət orqanlarının və qurumlarının, habelə maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə alt işçi qruplar yarada bilər.
Nazirlər Kabineti mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlətin adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər bu fərmana əsasən təsdiq olunacaq tədbirlər planında nəzərdə tutulacaq aidiyyəti tapşırıqların icrasını təmin etməlidirlər.
“Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli fərmanının 2.5-ci bəndində “2020-ci və 2021-ci illərin” sözləri “2021-ci ilin” sözləri ilə əvəz edilib və həmin bəndə “etsin” sözündən sonra “və bu məqsədlə 2019-cu il ərzində müvafiq hazırlıq işlərini həyata keçirsin” sözləri əlavə edilib.
Nazirlər Kabinetinə Prezident aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat vermək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Günün ilk yarısı çətin və ağır olacaq
-
Sosial00:00
Qaz limiti artırılır? - AÇIQLAMA / VİDEO
-
Hadisə15 Oktyabr 23:48
DƏHŞƏTLİ HADİSƏ: meşə ərazisi dəniz kimi dalğalandı - ANBAAN VİDEO
-
Magazin115 Oktyabr 23:12
Köhnə "Dəyirman"çılar bir arada - FOTO
-
Nəqliyyat15 Oktyabr 23:00
Bakıda avtobusda gərgin anlar: sərnişinlər marşrutdan düşürüldülər - VİDEO
-
İdman15 Oktyabr 22:48
"Traktor" klubunun sahibindən paniranistlərə ŞİLLƏ KİMİ CAVAB - VİDEO
-
Banklar 15 Oktyabr 21:36
Bu gecə Azərbaycanda bank kartları İŞLƏMƏYƏCƏK
-
Magazin115 Oktyabr 20:48
"Rəhim Rəhimlini öldürən o olub" - VİDEO