Dövlət başçısı: "Biz yalnız Ümumdünya Səhiyyə Təşkilatından məsləhət ala bilərik"
Bizi izləyin

Rəsmi xronika

Dövlət başçısı: "Biz yalnız Ümumdünya Səhiyyə Təşkilatından məsləhət ala bilərik"

"Biz ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasda idik. Çünki bu təşkilat dünya miqyasında bu işlərə cavabdehlik daşıyan birinci təşkilatdır. Onların mütəxəssislərini dəvət etdik. Onlar da ezam olundu, gəldilər, bəzi məsləhətlər verdilər və o məsləhətlər əsasında öz addımlarımızın bir hissəsini atdıq".

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalında yaradılan şəraitlə tanışlıqdan sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib: "Dediyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda görülmüş işlərə yüksək qiymət vermişdir, həm birinci mərhələdə, ondan sonrakı mərhələdə və bu gün. Bu gün də biz sıx əlaqədəyik və hesab edirəm ki, bu təşkilatla hər bir ölkə çox sıx əməkdaşlıq etməlidir. Çünki biz yalnız Ümumdünya Səhiyyə Təşkilatından məsləhət ala bilərik. Ona görə biz bu təşkilatı beynəlxalq arenada da dəstəkləyirik, bildiyiniz kimi, ona maliyyə yardımı da etmişik.

Bu gün təşkilatın nümayəndəliyi Azərbaycanda çox fəal iş aparır və bu xəstəliyin yayılmaması üçün əməli addımlar atır. Biz bu fəaliyyətə görə minnətdarıq. Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Azərbaycan tərəfindən təşkil olunmuş Zirvə görüşlərində də iştirak edib. Hesab edirəm ki, pandemiyadan sonra da biz bu təşkilatla əməkdaşlığımızı uğurla davam etdirəcəyik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm