Rəsmi xronika
İlham Əliyevdən Ermənistandakı proseslərə MÜNASİBƏT
"Ermənistanda baş verən hadisələr Ermənistanın daxili işidir. Dünən şəhid ailələri ilə görüşüm Ermənistandakı hadisələrdən əvvəl idi. Bu çıxışımdan sonra hadisələrdən məlumat aldım. Hadisələr göstərdi ki, mən haqlı idim".
Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında deyib.
"Çünki bu gün Ermənistan elə bir ağır durumdadır ki, orada gedən proseslər ölkənin dövlətçilik əsaslarını böyük dərəcədə sarsıdır. Bunun günahkarları Ermənistanın əvvəlki və indiki rəhbərləridir.
Onlar nə qədər torpaqlarımızı işğal altında saxlamaq istəyirdilərsə, o qədər asılı vəziyyətə düşürdülər. Ermənistanı ardıcıl şəkildə bütün beynəlxalq, regional layihələrdən təcrid etmişdik. Ermənistanı iqtisadi cəhətdən sarsıtmaq, çökdürmək, təcrid etmək bizim siyasətimiz idi. Mən bunu heç vaxt gizlətmirdim.
Açıq şəkildə dəfələrə deyirdim ki, bu siyasəti o vaxta qədər aparacağıq ki, torpaqlarımız işğaldan azad olunsun. İşğal altında olan ərazilərimizdən silahlı qüvvələrini çıxartsınlar, sonra əməkdaşlıq da ola bilər, siyasətimizdə də dəyişiklik ola bilər. Əfsus ki, nə əvvəl, nə də sonra çağırışlarımıza qulaq asdılar. Qulaq assaydılar, belə rəzil duruma düşməzdilər", - dövlət başçısı əlavə edib.
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?