Prezident Naxçıvanda şəhidlərin məzarlarını ziyarət etdi - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Rəsmi xronika

Prezident Naxçıvanda şəhidlərin məzarlarını ziyarət etdi - FOTO - (YENİLƏNDİ)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan şəhər qəbiristanlığında Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib.

Publika.az xəbər verir ki, dövlətimizin başçısı məzarların üzərinə gül dəstəsi qoyub.

Vətən müharibəsi başlayan kimi Naxçıvanın qəhrəman övladları da torpaqlarımızın işğaldan azad olunması üçün müqəddəs savaşa atılıblar, şəhidlər veriblər. Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları zəfər yolunu Şuşada tamamlayaraq “dəmir yumruğ”un parlaq qələbəsinin təmin edilməsində müstəsna qəhrəmanlıq göstəriblər. Bu, Vətəni sevmək nümunəsi idi, məhz bu sevgi bütün maneələri qəhrəmanlıqla dəf etdi. Ordumuzun igidliyi sayəsində Vətən müharibəsi Azərbaycan tarixinin ən parlaq Qələbəsinə çevrildi və bu savaşda biz bir xalq olaraq birləşdik, bizim igid övladlarımız vahid milli ideya uğrunda canlarından keçdi. Xalqımız şəhidlər versə də ruhdan düşmədi, böyük Qələbənin timsalında həmrəyliyimiz, Vətən eşqimiz qalib gəldi.

Sonra Prezident İlham Əliyev babası Əlirza Əliyevin məzarının üzərinə də gül dəstəsi qoyaraq xatirəsini ehtiramla anıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm