İlham Əliyev 2 fərmana dəyişiklik etdi
Bizi izləyin

Rəsmi xronika

İlham Əliyev 2 fərmana dəyişiklik etdi

Prezident İlham Əliyev “Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi" və “Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” 15 may 2006-cı il tarixli fərmanında dəyişikliklər edilməsi haqqında” 11 aprel 2014-cü il tarixli fərmanında dəyişiklik edib.

Publika.az xəbər verir ki, dəyişikliyə əsasən, Energetika Nazirliyinin işçilərinin say həddi 180-dən 200-ə, o cümlədən nazirliyin aparatı üzrə 140-dan 160-a çatdırılıb.

15:25

Prezident İlham Əliyev “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” ölkə prezidentinin 16 iyul 2018-ci il tarixli fərmanında dəyişiklik edib.

Publika.az xəbər verir ki, dəyişikliyə əsasən, İqtisadiyyat Nazirliyi yerin təkindən istifadə sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının qarşısının alınmasını təmin etməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fonduna ayırmaların həyata keçirilməsinə nəzarəti gücləndirməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm