Rəsmi xronika
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Məhəmməd Şahbaz Şərif dövlətimizin başçısını, dost və qardaş Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.
Göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını bildirən Azərbaycan Prezidenti, öz növbəsində, bayram münasibətilə dost və qardaş Pakistan xalqına təbriklərini və sülh, əmin-amanlıq arzularını çatdırıb.
Telefon söhbəti zamanı Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif əlaqələrimizin müxtəlif sahələrdə inkişaf perspektivlərini müzakirə edib və ikitərəfli münasibətlərimizin daha da yüksək səviyyəyə qaldırılması barədə razılığa gəliblər.
Pakistanın Baş naziri COP29-un ölkəmizdə keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib və Prezident İlham Əliyevi Pakistana rəsmi səfərə dəvət edib.
Azərbaycan Prezidenti dəvəti məmnunluqla qəbul edib.
-
Dünya10:15
Kim Çen In Rusiyaya o zaman gələcək ki... - ŞƏRTLƏR VAR
-
Dünya09:30
Bu, o ölkələr üçün xəbərdarlıqdır - Moskva mesaj verdi
-
Hadisə09:00
Lənkəranda dəhşətli hadisə: 90 yaşlı qadın yanaraq öldü
-
Nəqliyyat08:34
Bakının bu yollarında tıxac var - SİYAHI
-
Avropa08:10
Culian Assanj azadlığa çıxdı, Britaniyanı tərk etdi
-
Sağlamlıq02:19
Zəhərlənmə halları artdı – Mütəxəssislər nə məsləhət görürlər?
-
Dünya02:00
Baş nazirin kortejini müşayiət edən polis qəza nəticəsində öldü
-
Qoroskop00:10
Günün qoroskopu: ulduzlar bol sürprizlər vəd edir